İnək Gəncə bazarını bir-birinə qatdı

20:50 | 20.01.2014
İnək Gəncə bazarını bir-birinə qatdı

İnək Gəncə bazarını bir-birinə qatdı

Bu gün Gəncənin avtomobil bazarında qəribə hadisə yaşanıb.Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bazara girən inək avtomobillərin və insanların üzərinə hücum edib. Satıcı və alıcılar təşvişə düşərək, ərazidən qaçmağa başlayıblar. İribuynuzlu heyvan 5 avtomobilə zərər vurub.Bazara polis, Baytarlıq İdarəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Heyvanı zərərsizləşdirmək mümkün olub.İnəyin kimə məxsus olduğu və əraziyə necə gəldiyi araşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM