Türkiyənin Sinop vilayətində qurbanlıq üçün gətirilən inək ipindən qoparaq şəhərə qaçıb.
ANS PRESS-in məlumatına görə, sahibi hər nə qədər çalışsa da, inəyi tuta bilməyib. İnək, demək olar ki, bir neçə saat ərzində şəhəri başdan ayağa gəzməyə macal tapıb.
Ara-bir avtomobil magistralına çıxan qaramal nəqliyyatın hərəkətinə də mane olub. Daha sonra inəyi hökumət binasının qaşrısında küncə sıxışdıraraq saxlamaq olub. Polis əməkdaşları inəyi sahibinə təhvil veriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !