• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

İnformasiya texnologiyalarının təkmilləşməsi hücum vektorunu genişləndirir - Rahid Ələkbərli

İnformasiya texnologiyalarının təkmilləşməsi hücum vektorunu genişləndirir - Rahid Ələkbərli
06.06.2024 10:33
İnformasiya texnologiyalarının təkmilləşməsi hücum vektorunu genişləndirir.  Bunu Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli deyib. 

"Süni intellekt, Machine learning öyrənilməsi hücumçular üçün əlçatanlığı inkişaf etdirir. Artıq Kvant texnologiyaları yüksək təhlükəsizliyə cavab verən parolların bir neçə saniyə içində açılmasına şərait yaradır. Bu da bizi kiber təhdidlər və informasiya təhlükələri üz-üzə qoyur.  Ransomeware hücumları bir neçə il öncə inqilabi hücum metodu idisə, indi də artıq bu yenidən aktivləşib. Risklərin idarə olunması istiqamətində çərçivə planlarının hazırlanması yaxşı olar", - Ələkbərli iyunun 6- da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "IV Zirvə Toplantısı"-da çıxışı zamanı qeyd edib. 

O bildirib ki, İKT sahəsində yeni hazırlanmış müharibələrə hazır olmalıyıq. 

"44 günlük Vətən müharibəsi həm müharibə zamanı, həm sosial mediada, həm də digər sahələrdə çox sayda təhdidlər ilə bizi üz-üzə qoymuşdu. Vətən Müharibəsində qazanılmış nailiyyətlər İKT sahəsində də ciddi nailiyyətlərə səbəb olub. Bizim üçün İKT sahəsində müharibə hələ yeni başlayır. Bu istiqamətdə gedən proseslərin tənzimlənməsi və idarə olunması üçün daha ciddi yanaşma, işlər aparılmalıdır. Bizim bu müharibədə hücumçularımız indiki qonşularımız deyil, dünya nəhəngləridir ki, onlar bizim qapının astanasında puskudadır", - o vurğulayıb.

Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol