• $
  • €
  • ₽
  • ₺
  • £

İNG Azərbaycanda uçot dərəcəsinin enəcəyini proqnozlaşdırır

İNG Azərbaycanda uçot dərəcəsinin enəcəyini proqnozlaşdırır
05.07.2024 12:07
Hollandiyanın ING şirkətinin analitikləri Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ilin ikinci rübündə uçot dərəcəsini 7%-ə endirəcəyi barədə proqnoz verib. 

ING-in proqnozlarına görə, 2024-cü ilin üçüncü rübündə uçot dərəcəsi daha 50 baza bəndi azalaraq 6,5% təşkil edəcək və 2025-ci ilin sonuna qədər dəyişməz qalacaq, 2026-cı il üçün isə şirkət uçot dərəcəsini 7,5%  səviyyəsində proqnozlaşdırır.

Mərkəzi Bankın son iclasında (21 iyun 2024-cü il) uçot dərəcəsinin dəyişməz olaraq 7,25%  səviyyəsində saxlanılması barədə qərar qəbul edilib .

Mərkəzi Bankın uçot dərəcəsi məsələsi ilə bağlı növbəti iclası 31 iyul 2024-cü il tarixinə təyin edilib.
 
Bu ilin sonuna kimi Mərkəzi Bankın faiz dəhlizinin parametrləri ilə bağlı qərarları sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də ictimaiyyətə açıqlanacağı bildirilib.

ING şirkətinin analitikləri Azərbaycanın ən azı 2026-cı ilin sonuna kimi manatın ABŞ dollarına nisbətdə de-fakto məzənnəsini 1,7 manat/1 dollar səviyyəsində saxlayacağını proqnozlaşdırırlar.

Analitiklər bunun manata təzyiqin xeyli azalması ilə bağlı olacağını izah edirlər.

Azərbaycan Mərkəzi Bankı 2017-ci ildə inflyasiyanın qarşısını almaq üçün milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.

S&P Global Ratings beynəlxalq reytinq agentliyi və Asiya İnkişaf Bankı da 2026-cı ilə qədər milli valyutanın dollara nisbətən məzənəsinin sabit qalacağını proqnozlaşdırıblar. 
 
N.Təbrizli



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol