İngilis mediası: "Cihadçı Con Türkiyədədir"

13:16 | 13.07.2015
İngilis mediası:

İngilis mediası: "Cihadçı Con Türkiyədədir"

İŞİD-in vəhşiliklərlə dolu edam videolarından tanınan "Cihatçı Con" ləqəbli terrorçi və keçmiş repçi, İngiltərə vətəndaşı Əbdülməcid Abdulbərinin keçən ay Türkiyəyə keçdiyi iddia olunur.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 25 yaşlı cəllad keçən ay sərhəd bölgəsində baş verən qarmaqarışıqlıqdan istifadə edərək Suriya ərazisindən Türkiyəyə keçməyi bacarıb. Təşkilata 2013-cü ildən qatıldığı deyilən "Cihatçı Con"un hazırda da Türkiyə ərazisində olduğu bildirilir.

İngilis kəşfiyyat qurumu Abdülbəri kimi gizlin fəaliyyət göstərən və ingilis vətəndaşı olan 50 İŞİD-çinin axtarışlarını davam etdirir. Eyniz amanda iddia olunur ki, ABŞ liderliyi ilə koalisiya qüvvələrinin əraziləri bombalaması nəticəsində Abdülbəri və onun kimi digər terrorçular qaçıb gizlənmə fürsəti əldə ediblər.

Qeyd edəki ki, amerikalı jurnalist Ceyms Foley bir çox edam səhnələrinin görüntülərini əks etdirn videolarda "Cihatçı Con"un əslində repçi Abdülbəri olduğunu isbat edib.

  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM