İngilislər Avropa Birliyindən çıxmaq istəyir - REFERENDUM

16:23 | 07.09.2015
İngilislər Avropa Birliyindən çıxmaq istəyir - REFERENDUM

İngilislər Avropa Birliyindən çıxmaq istəyir - REFERENDUM

İngiltərədə Avropa Birliyindən çıxamaq istəyənləein sayı ilk dəfə qalmaq istəyənləri geridə qoyub. Referendum öncəsi ölkədə həyəcan artır.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Survation İnstitutunun apardığı anketə qatılanların 43 faizi Avropa Birliyindən çıxmaq istədiklərini, 40 faizi isə İngiltərənin birlik üzvü kimi qalmaq istədiklərini ifadə ediblər, anketə cavab verən 17 faizlik respodent isə qərarsız olduqlarını bildiriblər.

Anket 3-4 sentyabrda, 4 min respodent arasında keçirilib. Az əvvəl - yay aylarında isə bu göstərici belə idi - 45 faiz Avropa Birliyinə "bəli", 37 faiz isə "yox" demişdi və 18 faiz qərarsız qalmışdı.

Ölkənin baş naziri Kameron əgər İngiltərə üzv olaraq qalarsa, Avropa Birliyi ilə münasibətlərin yenidən müzakirə edilməsi və ölkəsinin daha müstəqil hərəkətlər edə bilməsi fikrini müdafiə edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti