İngilislər şahzadə Çarlzın kral olmasından qorxur

11:40 | 03.02.2015
İngilislər şahzadə Çarlzın kral olmasından qorxur

İngilislər şahzadə Çarlzın kral olmasından qorxur

İngiltərə bu qorxu ilə yaşayır ki, şahzadə Çarlzın taxta keçən kimi ənənələrin əksinə olaraq "siyasətə qarışan kral" olacaq.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İngiltərə bu il senytabrın 2-də kraliça II Yelizabetanın "Taxtda ən uzun müddət qalan hökmdar" adını qazanmasını qeyd etməyə hazırlaşır. 88 yaşlı kraliçanın isə taxtı kimə verəcəyi daha çox diqqətlə izlənilir.

"Time" jurnalının əməkdaşı Katerina Mayerin qələmə aldığı məqalədə deyilir ki, bioqrafiyasına görə taxtın ilk sırada duran varisi 66 yaşlı şahzadə Çarlz hesab olunur. Amma onun "qlobal istiləşmə", "ekoloji problemlər" və memarlıq mövzularına həssaslığını şərh edən jurnalist yazır ki, ingilislər bu durumda kral olacaq şahzadə Çarlzdan ehtiyat edir, onun siyasətə müdaxilə edəcəyindən təşviş keçirirlər.

Hazırda monarx İngiltərə hakimiyyətinin sadəcə simvolu olaraq saxlanılan kraliyyət ailəsi bəzi üstünlüklərə malikdir, amma onların siyasətdə, yaxud dövlət idarəçiliyində heç bir səlahiyyətləri yoxdur. Buna baxmayaraq, şahzadə Çarlz maraq dairəsinə aid problemlərlə bağlı tez-tez ölkə nazirlərinə məktublar yazır, müraciətlər edir.

Bu problemlə ölkənin "The Spectator" jurnalı da məqalə ilə çıxış edib. Müəllif Nik Cohen "Monarxiyanı müdafiə edənlər taxta namizəd ola biləcək III Dəli Çarlzla bağlı hansı qarantiyanı verə bilərlər? Parlament kraliyyətin siyasətə və ictimai həyata nə qədər qarışa biləcəyinə, hansı dərəcədə müdaxilə edə biləcəyinə dair qaydaları müəyyən etməlidir".

Qeyd edək ki, artıq bu həyəcanla bağlı cəmiyyət həyatında da ayrı-ayrı faktlara rast gəlinir. Belə ki, ölkə metrostansiyalarında şahzadə Çarlzın ağzının qapanmış fotoları yayılmışdı.

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM