İngilislərin baş kəşfiyyatçısı: "İŞİD-i qərb gücləndirib"

19:59 | 23.09.2014
İngilislərin baş kəşfiyyatçısı: "İŞİD-i qərb gücləndirib"

İngilislərin baş kəşfiyyatçısı: "İŞİD-i qərb gücləndirib"

İngiltərənin kəşfiyyat təşkilatı olan Mİ6-nın rəhbəri John Sawers maraqlı açıqlama ilə çıxış edib. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, John Sawers bildirib ki, İŞİD-in İraq və Suriyada güclənməsində qərb ölkələri məsuliyyət daşıyır.

John Sawers "Financial Times" qəzetinə açıqlamasında bildirib ki, qərbin Suriyaya vaxtında müdaxilə eləməməsi və digər yanlış yürütdüyü siyasət İŞİD-in güclənməsinə zəmin yaratdı.Mİ6 rəhbəri bütün bunlara baxmayaraq, İngiltərənin bütün gələcək təhdidlərə hazır olduğunu deyib.2014-cü ilin sonlarında vəzifəsindən ayrılacağını deyən John Sawers Eduard Snouden hadisəsindən sonra kəşfiyyat qurumlarının daha da şəffaf çalışmalarını məsləhət bilib.Əvvəllər İngiltərə xarici işlər nazirliyində çalışan, BMT-nin daimi təmsilçiliyində elçi sifəti ilə ölkəsinin nüfuzunu qoruyan John Sawers "Liviyada etdiyimiz kimi (siyasi sistem), yenidən inşa etməməyi seçsək, onda bu, "hökuməti devirib yerində bir boşluq buraxırıq" kimi yozulmaldır. Bunun səbəbi isə İraqdan qalan yaralardır. Əgər Suriyaya müdaxilə etməsək, hazırkı vəziyyət uzun müddət davam edə bilər" - deyib.Misir, Yəmən, Suriya kimi şərq ölkələrində ayrı-ayrı vəzifələri icra etmiş John Sawers inqilabi proseslərin yönəldilməsinin imkansız olduğunu deyib, əlavə edib ki, qərb öz mənfəətini və dəyərlərini üstün tutaraq ictimai hərəkətləri yönləndirə bilmədi və proseslər "daha pis nəticələndi": "Bunu 1979-cu ildə Tehranda və son bir neçə ildə Misirdə də gördük".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM