ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, İngiltərənin Leiçester şəhərində iki il əvvəl bir parkda tapılan və keçmiş ingilis krallarından 3-cü Riçardın skeletinə aid olduğu düşünülən tapıntılarla əlaqədar yeni detallar ortaya çıxıb. Mütəxəssislər skeletin Riçarda aid olub-olmadığını yoxlamaq üçün sümüklərdəki DNT nümunələri ilə araşdırma aparıb. Kralın nəslindən olan qohumlarının DNT-lərini müqayisə ediblər. Nəticələr isə bugünkü ingilis kral ailəsinin nəslinin haradan gəldiyinə dair qalmaqal yaradıb.
Araşdırmada olan cəsədin krala aid olduğu sübut edilib. Ancaq 3-cü Riçardın atasının qohumları ilə uyğunlaşmadığı ortaya çıxıb. Richardın anası York Düşes Cecily Nevillenin qohumları ilə uyğunlaşdığı və bu vəziyyətin səbəbinin ancaq Düşesin başqa bir kişilə əlaqəyə girməsindən qaynaqlandığı bildirilir.
Kral ailəsini sarsıdan bu araşdırmadan sonra hazırki kraliça II Yelizavetanın da qanuniliyinin araşdırılması gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !