İngiltərənin Parlament Meydanında Hindistanın tarixi şəxsiyyəti Mahatma Qandiyə heykəl ucaldılacaq.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, İngiltərə höküməti heykəlin hazırlanmasında Qandinin 1931-ci ildə İngiltərənin Downing prospektində çəkilən fotoşəkilindən istifadə olunacağını açıqlayıb. Fotoşəkildə Qandi bir binanın çıxışında ənənəvi hind paltarı ilə mətbuat mənsublarına gülümsəyərkən təsvir olunub. Filip Cekson tərəfindən tuncdan hazırlanacaq heykəl 2013-ci ildə dünyasını dəyişən Cənubi Afrikanın keçmiş lideri Nelson Mandelanın heykəli ilə eyni yerdə ucaldılacaq.İngiltərli rəsmi Riçard Beddoe heykəl ilə bağlı fikirlərini də bölüşüb: "Dünyaca məşhur lider olan Qandinin insan hüquqları uğrunda mübarizə aparan Nelson Mandela ilə Abraham Linkoln və digər liderlərlə də çiyin-çiyinə olması lazımdır"Qeyd edək ki, Hindistan və Hindistan Müstəqillik Hərəkatının siyasi və ruhani lideri Qandi öz fəlsəfəsi ilə ölkəsini müstəqilliyinə qovuşdurmuşdu. O, 1948-ci ildə Dehlidə qətlə yetirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !