İngiltərə millisinin futbolçusu Denni Uelbek dünya çempionatının başlamasına bir gün qalmış sıradan çıxıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 23 yaşlı hücumu komanda ilə ümumi məşq zamanı zədələnib. Həkimlərin ilkin yardımına baxmayaraq, o, məşqi yarımçıq tərk etmək məcburiyyətində qalıb.
Uelbekin iyunun 15-i İtaliya ilə matça qədər sağalmasının çətin olduğu açıqlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !