İngiltərə millisinin keçmiş futbolçusu Runi tamamilə məhv olduğunu deyib

10:20 | 11.12.2022
İngiltərə millisinin keçmiş futbolçusu Runi tamamilə məhv olduğunu deyib

İngiltərə millisinin keçmiş futbolçusu Runi tamamilə məhv olduğunu deyib

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi dünya çempionatının 1/4 finalında Fransaya məğlubiyyətdən sonra emosiyalarını bölüşüb.

"Tamamilə məhv oldum. Uşaqların halına təəssüf edirəm, amma mən onların bu turnirdə necə oynadıqları ilə fəxr edirəm. Məncə onlar da öz oyunları ilə fəxr etməlidirlər”, - Runi sosial şəbəkə hesabında  yazıb.

Dekabrın 10-da El-Xaur şəhərindəki "El-Beyt Arena”da keçirilən İngiltərə-Fransa qarşılaşması  2:1 hesabı ilə hazırkı dünya çempionlarının xeyrinə başa çatıb.

Onlar 17-ci dəqiqədə Aurélien Tchouamenynin qolundan sonra önə keçsələr də, 54-cü dəqiqədə ingilislər Harri Keynin vurduğu penalti sayəsində geri dönə bildilər.

78-ci dəqiqədə Olivye Jiru rəqiblərin qapısına dəqiq zərbə endirib. Hakim 84-cü dəqiqədə daha bir penalti təyin etdiyi üçün İngiltərə yenidən hesabı bərabərləşdirmək şansı əldə etdi, lakin bu dəfə Keyn penaltini uğrla sonuclandıra bilmədi. 

Bundan əvvəl İngiltərə dünya çempionatının 1/4 final mərhələsinin görüşündə Fransa millisinə uduzaraq dünya çempionatının antirekorduna imza atıb.

Britaniyalılar artıq yeddinci dəfədir ki, dünya çempionatınn bu mərhələsində məğlub olur. Bu da tarixdə ən pis nəticə hesab edilir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM