İngiltərə Daxili İşlər naziri Tereza Mey son zamanlarda artan terror təhdidi ilə bağlı danışıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, nazir İŞİD terror qruplaşması problemindən söz açarkən "İngiltərə indiyə qədər heç bu qədər böyük bir terror təşkilatı ilə qarşılaşmadı" deyə bildirib. O, İŞİD-in keçmişdə mübarizə apardıqları İrlandiya terror təşkilatı "IRA" və "Əl Qaidə"dən daha təhlükəli bir təşkilat olduğunu ifadə edərək, son iki ildir İraq və Suriyaya gedən ingilis militanların ölkədə planlaşdırdığı terror aksiyalarına qarşı İngiltərə Terrorla Mübarizə və Təhlükəsizlik Mərkəzinin gördüyü tədbirləri açıqlayıb.Yalnız İŞİD təhlükəsi ilə mübarizə aparılmadığını sözlərinə əlavə edən daxili işlər naziri mövcud təhdidi fürsət bilən digər terror təşkilatlarının da bundan istifadə etdiyini ifadə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !