ANN.Az xəbər verir ki, BBC-yə müsahibə verən şahzadə Çarlz müsəlmanları nəzərdə tutaraq "əgər bu ölkəyə gəlmisinizsə, bizə hörmət və sayğı bəsləməlisiniz. Bizim adət-ənənələrimizə uyğunlaşmalısınız. Madam ki, burdasınız, bizə hörmət bəsləməlisiniz, yerinizi bilməlisiniz" - bəyan edib.
Bu açıqlamadan sonra ingilisdilli "Daily Mail" internet saytı "İngiltərədəki müsəlmanlar ingilis dəyərlərinə uyğunlaşmalıdırmı" başlığı ilə sorğu keçirib. Sorğunun nəticəsi 94 faiz "bəli" olub.
Şahzadə Çarlz İngiltərədə doğulmuş, böyümüş və təhsil görmüş gənclərin "Əl Qaidə" və İŞİD kimi radikal təşkilatlara qatılmasını ölkə üçün böyük təhlükə olduğunu ifadə edib. İngilis şahzadə xüsusi olaraq internet üzərindən bəlli yaşda olan kişilərin hədəf alındığını və əksər gənclərin macəra və həyəcan ardınca qaçdıqlarını vurğulayıb.
Kraliça II Yelizabeta "taxtda ən uzun müddət kalan hökmdar" adını qeyd etməyə hazırlaşır. 88 yaşlı kraliçanın varisi isə 66 yaşlı şahzadə Çarlzdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !