İngiltərədə yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Anews.az "worldometers”ə istinadla xəbər verir ki, İngiltərədə son 24 saatda 2 min 948 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib. Nəticədə, həmin ölkədə yeni növ koronavirus səbəbilə ölənlərin ümumi sayı 41 min 554-ə, yoluxanların sayı isə 41 min 554-ə çatıb.
Qeyd edək ki, İngiltərədə avqust ayında yoluxma 1000 nəfər ətrafında idi ancaq, bu rəqəmlər sentyabrın əvvəllərindən başlayaraq təxminən iki dəfə artmağa başladı. Yoluxmalarda artış digər Avropa ölkələrində də özünü göstərməyə başlayıb. İspaniya yoluxma sayında 500 mini keçən ilk Avropa ölkəsi olub.
Həmin ölkədə ümumilikdə 525 min 549 nəfər COVİD-19 pandemiyasına yoluxub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !