İngiltərədə Ebola çaxnaşması

14:00 | 10.10.2014
İngiltərədə Ebola çaxnaşması

İngiltərədə Ebola çaxnaşması

İngilis iş adamının Makedoniyada Ebola xəsətliyindən vəfat etməsi bütün Böyük Britaniyanl həyəcana gətirib.ANN.Az BBC-yə istinadən xəbər verir ki, 56 yaşlı iş adamı yüksək atəş, qusma, daxili qanaxma şikayətləri ilə xəstəxanaya çatdırılsa da, dünən o, vəfat edib. Bu hadisənin ardından İngiltırı xarixi işlər nazirliyi araşdırmaya başlayıb və həmin iş adamı ilə səfərə çıxan digər ingilis vətəndaşı karantinə götürülüb. Həm ölən iş adamının, həm də karantinə götürülən şəxsin qan nümunələri araşdırılmaq üçün Almaniyaya göndərilib.Bu hadisəsən sonra İngiltərəhökuməti bütün ölkə aeroportlarında Ebola yoxlamalarının daha da gücləndirilməsinə dair əmr verib. Xaricdən, xüsusilə də Liberiya, Sierra Leone və Qvineyadan gələn sərnişinlərin temperaturları ölçüləcək, qan analizləri götürüləcək. Amma bütün bu tədbirlərə baxmayaraq, mütəxəssislər Ebola virusunun Avropaya keçməsi ehtimalını artıq qəbul edirlər.Belə ki, artıq Çexiyanın paytaxtı Praqada da bir iş adamının, İspaniyanın paytaxtı Madriddə isə bir tibb bacısının virusa yoluxduğu ifadə olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti