İngiltərədən pis xəbər : “Hər kəsi bu xəstəlikdən qurtara bilməyəcəyik”

13:15 | 30.03.2020
İngiltərədən pis xəbər : “Hər kəsi bu xəstəlikdən qurtara bilməyəcəyik”

İngiltərədən pis xəbər : “Hər kəsi bu xəstəlikdən qurtara bilməyəcəyik”

Koronavirus (Covid-19) İngiltərədə yayılmağa davam edir, bunu İngililtərə tibb bacıları birliyinin prezidenti Nicki Credland bildirib.
 
"Əlimizdən gələni edirik. Ancaq etiraf etməliyik ki, hamını xilas edə bilmərik.  Artıq 1228 nəfər həyatını itirib. 17315 nəfərdə koronavirus testi pozitiv çıxıb. Qarşıdakı bir həftə ərzində hər kəsi ağır bir həftə gözləyir.  Reanimasiya tibb bacılarımızın sayı azdır.  Əlimizdən gələn hər şeyi edirik, ancaq kifayət qədər reanimasiya tibb bacılarımız yoxdur. Hər kəsin həyatını xilas edə bilmədiyimizi qəbul etməliyik"- deyə o deyib.
 
İngiltərədə iki müsəlman həkim COVİD 19 xəstəliyindən dünyasını dəyişib. 
 
Tərcümə: Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM