İngiltərəni şoka salan İŞİD-çi

23:50 | 27.02.2015
İngiltərəni şoka salan İŞİD-çi

İngiltərəni şoka salan İŞİD-çi


"Cihadçı Con" kimi tanınan İŞİD militanı tərəfindən başı kəsilərək öldürülən ingilis David Haynsın həyat yoldaşı deyib: "Ərimi öldürən adam üçün ən son istədiyim şey onun insan kimi ölümüdür".

ANN.Az bbc/turk-ə istinadən xəbər verir ki, Qərb girovlarının başını kəsərkən görüntüləri yayımlanan militanın Məhəmməd Emvazi adlı Londonda yaşayan bir İngilis vətəndaşı olduğu aydınlaşıb.

BBC-yə danışan Dragana Haynes terrorçu Emvazi barəsində bunları deyib: "Ümid edirik sağ-salamat tapılar. Bu öldürdüyü insanların ailələri üçün tək təsəlli olar. Amma qarşıdurma zamanı ölsə, bu onun üçün şərəfli ölüm olar və onun üçün istəyəcəyim sonuncu şey budur. Qanun qarşısında hesab verməlidir". 

Qeyd edək ki, Emvazi bir müddətdir ki, İngiltərə təhlükəsizlik qüvvələri tərəfindən axtarışdaymış, lakin adı gizli saxlanılırmış. 2006-ci ildə Somaliyə gedən Emvazi Somali təşkilatı "Əlşabab"la əlaqəli olduğundan İngiltərə kəşfiyyatı tərəfindən axtarışda olub. Emvazi ilk olaraq keçən ilin avqust ayında internetdə paylaşılan bir videoda Amerikalı jurnalist Ceyms Foleyi öldürərkən və Yapon girovlar Haruna Yukava və Kenji Gotonun keçən ay öldürülməsindən əvvəl paylaşılan videolarında da görüntülənib. O bundan başqa, digər girovların edam səhnələrində fotokameralara tuş gəlib. Emvazinin Vestminster Universitetində kompüter proqramlaşdırma təhsili aldığı bildirilir. 
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM