Bakı Şəhər İcra Hakimiyyəti və Yazıçılar Birliyi arasında "26" adlı kafe ətrafında münaqişə davam edir. Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Feysbuk sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə Bakının icra başçısı Hacıbala Abutalıbova müraciət edib. Düzdür, yazıçı sonra bu postu silib, ancaq virtualaz.org-un redaksiyasında onun skrinşotu-ekran görüntüsü var.
"Əziz dostlar! Budur, hər şey aydınlaşdı! Bütün hər şeyi Hacıbala müəllim özü aydınlaşdırdı. Demə, o bu kafeyə ona görə şəxsən gəlib ki, ora tam ədəbsizlik yuvası imiş. O izah edib ki, bu binada Səməd Vurğun, Rəsul Rza, Hüseyn Cavid, Mikail Muşviq, Suleyman Rüstəm və başqaları kimi titanlar işləyiblər. Buna görə, Yazıçılar Birliyinə hörmət edərək, o burada belə obyektin işləməsinə normal yanaşa bilməyib. Üstəlik, girişdə də "Qadınlara qəlyanı pulsuz verirlər" yazılıbmış. İyrənclikdir! Və o belə "vertep"i şəxsən qapamağa qərar verib. Amma bir çey anlaşılmazdır. Əgər bu "vertep"dirsə, onda "iyirmi altı" rəqəminə hansı hörmət? Və əgər bu daşnakların təbliğatıdırsa, onda niyə "vertepe”də?", - deyə Çingiz Abdullayev yazıb.
"Amma bütün hallarda açıqlamalarına görə təşəkkür! Və mənim tanışlarımla söhbətdə, Hacıbala müəllim hiddətlənib ki, o mebelləri şəxsən qırmayıb. Bunun üçün öz üzrxahlığımı bildirirəm. O həqiqətən də şəxsən heç nə qırmayıb! Anar müəllim qeyd etdi ki, biz hamımız merimizə hörmət edirik! Və bizə kömək etməyə qərar verdiyi üçün ona təşəkkür edirik! Amma sadəcə öz əməkdaşını göndərmək və bu şit əxlaqsızlıq mənbəyini bağlamaq olmazdı? Və ya hörmət əlaməti olaraq bizdən kiməsə zəng vurmaq? Mənim təklifim var! Əlbəttə, kafeni bağlamaq lazımdır. Ancaq ora ilə əlaqəsi olanların hamısını - sahiblərini, əməkdaşlarını və hətta müştərilərini də ömürlük cəzalandırmaq lazımdır. Belə daha düzgün olacaq!", - deyə yazıçı qeyd edib.
Sonda Çingiz Abdullayev Hacıbala Abutalıbovu hamının qarşısında, həmin obyekti icarəyə verənləri "daşnakların himayəçisi" adlandırdığına görə, üzr istəməyə çağırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !