Çingiz Abdullayevdən metroda kitab satışı qadağasına REAKSİYA

16:35 | 18.11.2013
Çingiz Abdullayevdən metroda kitab satışı qadağasına REAKSİYA

Çingiz Abdullayevdən metroda kitab satışı qadağasına REAKSİYA

"Nə qədər çox kitab satılsa bu daha yaxşıdır".Bu sözləri Qaynar.info saytına son zamanlar metroda kitab və qəzet satışının dayandırılmasına münasibət bildirərkən xalq yazıçısı Çingiz Abdullayev deyib.Çingiz Abdullayev qeyd edib ki, bu məsələdən xəbərsizdir: "Mən bu məsələdən xəbərsizəm. Bu gün mətbuat katibimizdən xahiş etmişəm ki, araşdırma aparıb mənə bu haqda məlumat versin. Amma onu deyə bilərəm ki, nə qədər çox kitab satılsa, daha yaxşıdır. Bu Azərbaycan xalqı üçün lazımdır".Xalq yazıçısı həmçinin son zamanlar "Qanun" nəşriyyatında baş verən vergi yoxlaması məsələsinə də aydınlıq gətirib: "Hesab edirəm ki, "Qanun" nəşriyyatı çox yaxşı işləyir. Əgər onların hansısa problemi varsa, bunu qanuni yolla həll etmək lazımdır. Mən "Qanun" nəşriyyatını dəstəkləyirəm. Bu nəşriyyat çox yaxşı kitablar buraxır, bu təkcə mənimlə əlaqədar deyil. Paulo Koelyo, Harri Poter və digər lazım olan müəlliflərin kitablarını Azərbaycan dilində nəşr edirlər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb