Çinin bu əyalətində karantin qaydaları yenidən sərtləşdirildi

11:12 | 19.05.2020
Çinin bu əyalətində karantin qaydaları yenidən sərtləşdirildi

Çinin bu əyalətində karantin qaydaları yenidən sərtləşdirildi

Çinin şimal-cənubunda yerləşən Jilin əyalətində yenidən karantin tədbirləri gücləndirilib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, əyalətdə bütün avtobus və dəmir yolları səfərləri dayandırılıb, məktəblər bağlanıb və insanlar ciddi karantinə alınıb.

Karantin rejiminin sərtləşdirilməsi insanlar arasında təşvişə səbəb olub.

Çin hökuməti karantin rejiminin sərtləşdirilməsini ikinci dalğanın yaşanmaması üçün etdiklərini açıqlayıb.

Jilin əyalətində virusun aşkarlandığı bütün məhəllələrə giriş-çıxışlar nəzarətə götürülüb.

Evlərə çatdırılma xidməti göstərən bir çox şirkətlər bağlanıb.

Qida ehtiyyacı üçün ailədən bir nəfər sadəcə 2 saatlıq alış-veriş üçün mağazaya gedə bilər.

İnsanların virus əlamətlərini gizlədə bilməməsi üçün apteklərdən bəzi dərmanlar yığışdırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM