Çinin daha bir şəhərində Covid-19-a görə hərbi vəziyyət elan edildi

10:40 | 15.06.2020
Çinin daha bir şəhərində Covid-19-a görə hərbi vəziyyət elan edildi

Çinin daha bir şəhərində Covid-19-a görə hərbi vəziyyət elan edildi

Pekinin ən böyük topdansatış kənd təsərrüfatı bazarında koronavirusun baş verməsi ilə əlaqədar qonşu Hebey əyalətindəki Baodin şəhərində hərbi vəziyyət elan edilib. 


Qaynarinfo xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin saytında verilən açıqlamada deyilir.


Göstərildiyi kimi, Baodin Pekinin yaxınlığında yerləşir, bu iki şəhər arasında insanların və yük daşımalarının son dərəcə sıx hərəkəti var və bu da yüksək sayıqlıq tələb edir.


11 milyondan çox əhalisi olan Baodin Pekindən 147 kilometr məsafədə yerləşir.


Hazırda Pekin xəstəxanalarında 79 nəfər Covid-19-dan müalicə olunur. İyunun 11-dən əvvəl, Pekində 56 gün ərzində yeni koronavirus ilə yoluxma hadisəsi aşkar edilməyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb