Çinin kosmik gəmisi Ayın əks tərəfinə enib – VİDEO

12:25 | 02.06.2024
Çinin kosmik gəmisi Ayın əks tərəfinə enib – VİDEO

Çinin kosmik gəmisi Ayın əks tərəfinə enib – VİDEO

Çinin "Çane-6” kosmik gəmisinin eniş modulu Ayın əks tərəfində təyin olunmuş Cənub Qütbü-Eytken bölgəsinə uğurla enib.Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.

Məlumata görə, cihaz Ay nümunələri toplamaq üçün nəzərdə tutulub.

"Queqiao-2” retranslyator peykinin dəstəyi ilə "Çane-6″ eniş aparatı Cənub Qütbü-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş edib”, – məlumatda deyilib.

Mayın 3-də Çin Haynan adasının şərq sahilindəki "Vençan” kosmodromundan CZ-5 Y8 daşıyıcı raketindən istifadə edərək "Çane-6″nı kosmosa çıxarıb.

Missiyanın 53 gün davam edəcəyi gözlənilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM