Pekin Qərbi terrorla bağlı “ikili standartlarda suçlayır”
“ The Christian Science Monitor” qəzeti yazır ki, Çin terrorizmə qarşı mübarizədən kənarda qalıb. Bu ölkə İraq neft sənayesinə ən çox yatırım qoyan ölkədir. Bəs nədən Çin İŞİD-ə qarşı formalaşmaqda olan beynəlxalq koalisiyada yer almır?
Qəzet bildir ki, məntiqlə Çinin bu koalisiyada olması gərəkir. Asiyanın iqtisadi baxımdan ən nəhəng ölkəsi özünə lazım olan enerjinin yarısını Yaxın Şərqdən alır. Hazırda Çin ABŞ-dan daha çox regiondan neft idxal edir.
Ən başlıcası isə Çində uğurlar müstəqillik uğrunda silahlı mübarizə aparırlar. Bu həftə ilk dəfə Çin mediası uyğurların mübarizəsi ilə İŞDİ arasındakı əlaqələrdən yazıb. Kommunist Partiyasının nəzarətində olan “The Global Times” adı çəkilməyən anti-terror əməliyyatı işçisinə istinadən bildirib ki, uyğurlar beynəlxalq terror şəbəkəsi ilə əlaqələri genişləndirib, Çində daha aktiv terror əməliyyatları həyata keçirmək istəyirlər. “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri olaraq bilinən Əbu Bəkir Əl-Bağdadi hələ iyun ayında Çini ittiham edərək bildirmişdi ki, “Şərqi Tüküstan”da yaşayan müəslmanlara qarşı Çin tərəfindən qəddar münasibət mövcuddur.
Qəzet bildirir ki, ötən 18 ay ərzində Çinin uyğurlar yaşayan ərazisində 300 adam öldürülüb. Bıçaqla silahlanmış uyğurların isə 31 nəfəri qətlə yetirdiyi bildirilir. Çin bütün bunlara görə “Şərqi Türküstan İslam Hərəkatı”nı ittiham edir.
Çin Qərb ölkələrinin uyğurlarla bağlı davranışından da çox məyusdur. Belə ki, ABŞ Dövlət Departamenti “Şərqi Türküstan İslam Hərəkatı”nı terrorçu qruplar siyahısından çıxarıb. “Dünya Uyğur Konqresi” isə sülhməramlı təşkilat kimi tanınır.
Çinin Beynəlxalq Əlaqlələrinə məsul şəxslərindən olan Li Şaoxian məhz buna görə də Qərbi terror məsələsində ikili standartlara yol verməkdə suçlayıb. (Musavat.com)
ANN.Az