Çinli hakerlər ABŞ-ın əsas bazalarına hücum edib

21:46 | 25.05.2023
Çinli hakerlər Amerikanın Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatının(QUAM) hərbi bazalarının kritik infrastrukturuna hücum etmək məqsədilə gizli zərərli proqramdan istifadə ediblər. Bu barədə BBC  məlumat yayıb.

Mütəxəssislər bunun ABŞ-a qarşı ən böyük kibercasus kompaniyalarından biri olduğunu söyləyərək bildiriblər ki, QUAM limanları və hava bazaları Qərbin istənilən hərbi münaqişəyə cavabı üçün həlledici rol oynayır.

Pekin isə Microsoft-un hesabatını təkzib edərək, onu "son dərəcə qeyri-peşəkar” və "dezinformasiya” adlandırıb.

ABŞ, Avstraliya, Britaniya, Yeni Zelandiya və Kanadanın kəşfiyyat agentliklərindən ibarət "Five Eyes” ittifaqı ilə birlikdə Microsoft çərşənbə günü zərərli proqramın təfərrüatlarını dərc edib.

"Five Eyes” ittifaqı onilliklər ərzində ölkələrin kəşfiyyat məlumatlarının mübadiləsini əks etdirən bir razılaşmadır. İttifaqa daxil olan tərəfdaşlar bildirirlər ki, bu cür ittifaqların yaradılmasında məqsəd zərərli proqram təminatının aşkarlanması və aradan qaldırılması ilə bağlı ölkələrin maarifləndirilməsidir.

Microsoft şirkəti bildirir ki,  zərərli proqramların yaradılması gələcək böhranlar zamanı ABŞ və Asiya arasında rabitə infrastrukturuna zərər yetirmək məqsədi daşıyır.

Hücumun Çinin dövlət tərəfindən maliyyələşdirdiyi "Volt Typhoon” kiberqrupu tərəfindən həyata keçirildiyi qeyd olunub.

Çin Xarici İşlər Nazirliyinin brifinqində sualları cavablandıran nazirliyin sözçüsü Mao Ning ABŞ-ı "haker imperiyası" adlandırıb və xəbəri ciddi faktlarla sübut edilmədiyinə görə rədd edib.

Avstraliya hökumətinin keçmiş informasiya təhlükəsizliyi müşaviri Norton isə qeyd edib ki, Microsoft şirkəti hücumun təhlili zamanı Çin hakerlərinin QUAM sistemlərinə hücum üçün cəhd etdiklərinə dair heç bir fakt aşkarlaya bilməyib.

Ayişə Zahid





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb