Anews.az xəbər verir ki, Çin hökuməti yayılan koronavirusa 3 minə yaxın insanının yoluxması ilə bağlı məlumat yayıb. Lakin sözügedən tibb bacısı bunu yalanlayıb. O iddia edir ki, hökumət bir çox həqiqiətləri gizlədir və Çində bu virusa 90 min insan yoluxub.
"Hazırda Uxanın tərkibində olan Hubey əyaləti də daxil olmaqla bütün Çində koronavirusa yoluxanların sayı 90 minə çatıb. Hökumətin nə dediyi vecimizə də deyil. Mən sizə gerçəkləri demək üçün buradayam. Xahiş edirəm, Uxana maska, eynək və geyimlər bağışlayın” – deyə tibb bacısı video vasitəsilə kömək istəyib.
Xatırladaq ki, rəsmi məlumatlara görə, dünyanı vahiməyə salan epidemiyadan ölənlərin sayı 80-nə yüksəlib. Virusa yoluxanların sayı isə 2000-ni keçib. Epidemiya səbəbindən Çində bazar, supermarket, restoran və onlayn alış-veriş saytlarında vəhşi heyvanların satışına qadağa qoyulub.
Çin Beynəlxalq Səhiyyə Komissiyasının sədri Ma Saove, xəstəliyə səbəb olan mikrobun vəhşi heyvanlardan (əsasən ilanlardan keçdiyi ehtimal edilir) gəldiyini söyləyərək, daha da sürətlənəcəyinin xəbərini verib.(MediaPost)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !