İnşaat işlərinə 3 milyard manatdan çox vəsait xərcləndi

09:22 | 16.04.2015
İnşaat işlərinə 3 milyard manatdan çox vəsait xərcləndi

İnşaat işlərinə 3 milyard manatdan çox vəsait xərcləndi

Yanvar-mart aylarında inşaat işlərinə 3 232,8 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% çox vəsait yönəldilib və onun 2 421,4 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub və 14,5% artım olub. Əsas kapitala yönəldilmiş vəsaitin 1 768,4 milyon manatı daxili mənbələrdən daxil olub.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, müxtəlif mənbələrdən ayrılan vəsaitlər hesabına üç ay ərzində 414,5 min kvadrat metr yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 1658 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1”, "Həzi Aslanov”, "Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Atıcılıq Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və "Alyans Tekstil” tikiş fabriki, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda "Park Chalet Shahdag” Oteli və s. istifadəyə verilib.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2004-cü ildən bu günə qədər ölkədə 1394,4 min yeni, o cümlədən 1035,4 min daimi iş yeri yaradılıb.  2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar 157,1 min yeni, o cümlədən 129,6 min daimi iş yeri açılıb. Təkcə 2015-ci ilin birinci rübündə ölkədə yaradılmış yeni iş yerlərinin sayı 29,8 min, o cümlədən daimi iş yerlərinin sayı 25 min olub” - deyə, komitənin məlumatında deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM