İnsan alverində təqsirləndirilən qadının məhkəməsi başlayıb

22:02 | 24.05.2017
İnsan alverində təqsirləndirilən qadının məhkəməsi başlayıb

İnsan alverində təqsirləndirilən qadının məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası mayın 31-nə təyin edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İclasda məlum olub ki, təqsirləndirilən S.Zamanova ibtidai istintaq zamanı barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
 
Prokuror təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib.
 
Məhkəmənin baxış iclası mayın 31-nə təyin edilib.

İttiham aktına əsasə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü S.Zamanova saxlanılıb və onun barəsində cinayət işi başlanıb.

O, ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, insan alveri edərək, pul qazanıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti