İnsan öləndən sonra dünyadan köçdüyünü və ətrafında baş verənləri anlayır. İstiPress-in məlumatına görə, bu bəyanatı Nyu York Universitetinin nəzdnindəki Langone tibb məktəbinin (NYU Langone School of Medicine) alimləri açıqlayıblar.
Həkimlər ölümü ürək dayanandan andan hesablayırlar: beynə qan gedişi dayanır, buda onun ani olaraq fəaliyyətinin dayanmasına səbəb olur. "Nəticədə beynin hüceyrələri ölür. Amma bunun üçün kliniki ölümdən sonra bir neçə saat zaman tələb edilir", deyə araşdırmanın rəhbəri Sem Parnia hesab edir.
İnsanın huşu ürək döyüntüləri daynan kimi getmir. Ölümün ik fazasında insanın bəzi hissləri qalır. Bunu hətta kliniki ölümdən sonra ayılan insanlar da deyirlər. Onlar ürəkləri dayandıqdan sonra ətraflarında baş verənləri detallarına kimi deyə biliblər.
Parnia deyir ki, onlar tibb bacılarını, həkimləri gördüklərini, onların işləməsini, hətta söhbətlərini belə eşidiblər. Bu faktları onlar başqa yolla bilə bilməzdilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !