İnsan zəkasını inkişafdan saxlayan 7 SƏBƏB

23:49 | 04.08.2015
İnsan zəkasını inkişafdan saxlayan 7 SƏBƏB

İnsan zəkasını inkişafdan saxlayan 7 SƏBƏB

Dünya elm adamları son 50 ildə insan zəkasını inkişafdan saxlayan səbəbləri araşdırıblar.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, elmi araşdırmalar nəticəsində son yarım əsrdə insanların İQ-nün 1 bal aşağı endiyi faktı ortaya çıxıb. Nəticə tək bununla bitmir, məsələ ondadır ki, aşağı eniş davam edir və növbəti 1 bal üçün daha 50 il gözləmək belə lazım gəlməyəcək. Bəs geriləmənin, insanların zəkasının inkişafdan qalmasına səbəblər nədir? Alimlər indiyə qədər 7 səbəb tapıblar.

1. Donmuş (marqarin) yağlı qidalar



Bu qida növləri beyndə dopamin hormonunun yaranmasına mane olur, yaddaşa zərər verir, eləcə də beynin reaksiyavermə sürətini zəiflədir.


2. Eyni anda birdən çox işlə məşğul olmaq



Eyni zamanda birdən çox işə diqqət ayırmaq beynin yanacağı hesab olunan "qlükoza"nın tez xərclənməsinə səbəb olur və nəticədə beyn daha tez yorğun düşür. 


3. "Google"lamaq



Beyn tənbəlliyini artırır, yaddaşın itiləşməsinin qarşısı alınır.


4. Həddən artıq fruktoz qəbulu 



Meyvə, bal və digər qida növləri vasitəsilə qəbul edilən təbii şəkər - fruktoza da beynin aktivliyini yavaşladır.


5. Reality-şou izləmək



Bu tip, yaxud əyləncə xarakterli verilişlərə daha çox baxmaq beyni yatızdırır.



6. Yuxusuz qalmaq



Öyrənmək bacarığını, eləcə də gün ərzində öyrənilənləri yadda saxlamaq imkanlarını əldən verir.



7. Uzun müddət saqqız çeynəmək



Diqqətin dağılmasına səbəb olur


Hazırladı: Nuray

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM