Avstraliyanın Monaş Universitetinin alimləri COVID-19 ilə əlaqəli astma və ağciyər funksiyası pozğunluqları ilə mübarizə edə biləcək iki molekul kəşf ediblər.
Lenta.ru-nun məlumatına görə, bu barədə "Nature Immunology” jurnalında dərc olunan məqalədə bildirilib.
Molekulların effektivliyi Kəskin Respirator Distress Sindromundan (KRDS) əziyyət çəkən heyvan modellərində sübut olunub.
Qeyd edək ki, KRDS - tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir və koronavirus infeksiyasından ölüm səbəblərindən biri sayılır.
Hesab olunur ki, sözügedən molekullar yoluxmuş insanlar üçün mümkün xilasedici ola bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !