ANN.Az APA-ya istinadən xəbər verir ki, Filippinə səfərə yola düşən Papa təyyarədə jurnalistlərə açıqlamasında dini inancların təhqir olunmasını yolverilməz saydığını bəyan edib.
Söz və dini etiqad azadlığının insanların ayrılmaz hüquqları olduğunu vurğulayan Roma Papası, eyni zamanda dinlərin təhqir olunmasını qınayıb və deyib ki, bu cür hadisə gözlənilən idi: "Düşüncəni ifadə etməyin də sərhədləri var. Məsələn, ən yaxın dostum Qasparri anamı təhqir edərsə, məndən yumruq zərbəsi ala bilər. Bu, normaldır. Kimisə təhrik etmək, inanclarına həqarət etmək və lağa qoymaq yolverilməzdir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !