Elm adamları iddia edir ki, insanların bədənində olan 4 maddənin tərkibi 5 il müddətində hər gün müayinə edilsə, insanın nə vaxt öləcəyini müəyyən etmək olarFinlandiya və Estoniyanın elm adamları insanın nə vaxt ölə biləcəyini müəyyən edib.Belə ki, araşdırmaçılar 17 min insan üzərində müşahidələr aparıb. ANS PRESS-in məlumatına görə, mütəxəssislər 5 il müddətində üzərində müşahidə apardıqları insanları müayinə ediblər.Hər gün onların qanlarındakı yüz fərqli biomolekul yoxlanılıb. Müşahidə aparılan 17 min insandan 700 nəfəri ürək tutmasından, xərçəngdən və digər xəstəliklərdən dünyasını dəyişib. Məlum olub ki, ölənlərin hamısının qanında mövcud olan 4 maddə eynilik təşkil edib. Qeyd edilən 4 maddə bunlardır: albumin, alpha-1-acid glycoprotein, sitrat və lipoprotein.Elm adamları iddia edir ki, bu 4 maddə tərkibi 5 il müddətində hər gün müayinə edilsə, insanın nə vaxt öləcəyini müəyyən etmək olar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !