“Instagram” istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO

23:00 | 14.03.2017
“Instagram” istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO

“Instagram” istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO

"ESET” şirkətinin mütəxəssisləri "Instagram”dan istifadəçi məlumatlarını oğurlayan 13 zərərli tətbiqi aşkar ediblər.

ANN.Az "Technote”a istinadən xəbər verir ki, sözügedən tətbiqlər guya, "Instagram”dakı izləyici, bəyənmə və şərh sayını artırmaq üçün nəzərdə tutulub. 

İstifadəçilər isə bu ümid ilə həmin tətbiqləri yükləyiblər. Siyahıdakı tətbiqlərdən hər hansı birini yüklədikdən sonra istifadəçi öz login və şifrəsini, tətbiqdə qeyd edib heç nədən şübhələnmirdi. 

Həmin məlumatlar isə hakerlərə sadə mətn formatında çatırdı. Sözügedən virus "Android /Spy.Inazigram” adını alıb. Lakin məsələ burasındadır ki, istifadəçi öz login və şifrəsini düz qeyd etsə belə, tətbiq onun səhv olduğunu bildirir. 

Bu, onunla əlaqədardır ki, "Instagram” istifadəçiyə, planlaşdırılmamış giriş barədə xəbər verir. 
İstifadəçi isə öz növbəsində, "Instagram”da şübhə yaratmamaq üçün hakerlərin adından öz məlumatlarını təsdiqləyir. 

Mütəxəssislər qeyd ediblər ki, sözügedən tətbiqləri, əsasən, "Instagram” səhifələrinin izləyici sayını qaldıran saytlar yükləyiblər. 

Hack olunmuş istifadəçi səhifələrinin vasitəsilə digər istifadəçilərə spam göndərilir və izləyici, bəyənmə və şərh artırma paketləri satılır. 

Hal-hazırda sözügedən tətbiqlər, "Google Play”dən pozulub. Əgər siz siyahıdakı tətbiqlərdən hansınısa yükləmisinizsə, onda dərhal öz "Instagram” istifadəçisinin şifrəsini dəyişin.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM