"Instagram" istifadəçilərinin sayı 400 milyon nəfəri ötüb.
"Report" xəbər verir ki, sosial şəbəkənin auditoriyası cəmi 9 ay ərzində 100 mln. nəfər artıb.
Yeni istifadəçilərin yarıdan çoxu ABŞ hüdudlarından kənarda yaşayanlardır. Artım Avropa və Asiyadan olan üzvlərin hesabına baş verib. Bununla belə Braziliya, Yaponiya və İndoneziya sakinləri daha çox fəallıq nümayiş etdiriblər.
"Instagram" mövcud olduğu dörd il ərzində ora yüklənən fotoların ümumi sayı 40 milyardı ötüb. Sosial şəbəkə istifadəçilərinin sayına görə "Twitter"i qabaqlamaqda davam edir. Sonuncunun üzvlərinin sayı 316 milyon nəfərdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !