İnstagram çökdü

16:30 | 13.04.2014
İnstagram çökdü

İnstagram çökdü

Mobil fotoşəkil və video paylaşma şəbəkəsi olan Instagram işləmir. 

Anspress-in məlumatına görə, Instagram rəsmi Twitter hesabından etdiyi elanda qəzanın aradan qaldırılması istiqamətində işlər getdiyini qeyd edib.

Instagram fotoşəkil və video paylaşma istifadəçiləri, ana sayfa ekranlarına düşən yeni paylaşmaları görə bilmir. 

Ancaq çökən yalnız Instagram tətbiqi deyil. Instagramın internet saytı olan instagram.com da çökmüş vəziyyətdədir və sayta giriş mumkun deyil. Instagram rəsmi Twitter hesabından etdiyi şərhdə, "Səhvi aradan qaldırmağa çalışırıq. Səbrınız üçün təşəkkürlər" mesajını paylaşıb. 

Bir çox Instagram istifadəçisi problemlərini Twitter-də yazırlar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM