İnstagrama giriş qadağan edilir

20:31 | 23.05.2014
İnstagrama giriş qadağan edilir

İnstagrama giriş qadağan edilir

İranda məhkəmə qərarı ilə İnstagram sosial şəbəkəsinə girişi qadağan edilib. 

Anspress-in məlumatına görə, bu barədə Mehr xəbər aagentliyi xəbər yayıb.

Məhkəmə İnstagram sosial şəbəkəsinə girişin qadağan edilməsi ilə bağlı qərarı ölkə vətəndaşlarının şəxsi həyatına müdaxilənin qarşısını almaq məqsədilə verildiyini bəyan edib. Bununla belə, İnstagram-a girişin qadağan edilməsi ilə bağlı son qərarı Rabitə Nazirliyi verməlidir. Hələlik ölkədə sosial şəbəkəyə girmək olur.

Xatırladaq ki, mayın əvvəlində İranda “WhatsApp”dan istifadə edilməsinin qadağan ediləcəyi ilə bağlı xəbərlər yayılsa da rəsmi Tehran bunu təkzib etmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM