"Instagram"ın orijinal filtrlər dəsti aşağı keyfiyyətli fotoşəkilləri kompensasiya etmək üçün nəzərdə tutulub.
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, yeni filtrlər "Slumber", "Crema", "Ludwig", "Aden" və "Perpetua" adlandırılıb. Bu filtrləri nəzərə aldıqda "Instagram" xidmətində istifadəçiyə 25 filtr dəsti əlçatandır.
Həmçinin istifadəçi indi siyahıdakı filtrlərin sırasını dəyişdirə bilər. Qeyd edək ki, "Instagram"ın qlobal auditoriyası aylıq 300 milyon istifadəçidən ibarətdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !