• $ 1.7
  • € 1.9014
  • ₽ 0.020971
  • ₺ 0.0437
  • £ 2.2609

İnstagramın bloklanmasına görə prezidenti tənqid etdi - Həbs olundu

İnstagramın bloklanmasına görə prezidenti tənqid etdi - Həbs olundu
13.08.2024 16:43
Türkiyə məhkəməsi İnstaqram sosial şəbəkəsinin bağlanmasını tənqid edən bir qadının "nifrətə sövq etmək və prezidenti təhqir etmək" ittihamı ilə həbs edilməsinə qərar verib. Bu barədə Haberturk məlumat yayıb. 

"Youtube” kanalında yayımlanan müsahibəsində qadın sosial şəbəkədəki qadağadan danışıb. "Bu, doğru deyil. Prezident öz mülahizəsinə görə İnstaqrama qadağa qoya bilməz”, - qadın bildirib.

O, prezident Ərdoğanı və qadağanı dəstəkləyənləri də tənqid edib

İnstaqram qadağası yüksək rütbəli bir türk məmurunun sosial şəbəkəni HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı başsağlığı verməyi qadağan etməkdə ittiham etməsindən sonra qoyulub.
 
Türkiyə avqustun 2-də Instagram-a girişi onun "qanunlarına və qaydalarına” əməl etmədiyinə və ictimaiyyətin maraqlarına uyğun olmadığına görə bloklayıb.

Meta-nın sahibi hökuməti narahat edən məsələlərdə səlahiyyətlilərlə əməkdaşlığa razı olduqdan sonra hakimiyyət şənbə günü qadağanı ləğv edib. 
 
Bir gün öncə Türkiyədə Telegram sosial şəbəkəsinin bağlanması ilə bağlı da xəbərlər yayılıb. 
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 41 qızıl külçəsini keçirmək istəyən sabiq gömrükçü mühakimə olunur
Cəmiyyət 08:38
Bakıda 41 qızıl külçəsini keçirmək istəyən sabiq gömrükçü mühakimə olunur
Yasamalda avtobusun şüşəsini sındıran şəxs saxlanılıb
Cəmiyyət 22:15
Yasamalda avtobusun şüşəsini sındıran şəxs saxlanılıb
Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var
Cəmiyyət 21:27
Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var
Baş Prokurorluqdan 16 yaşlı qızın ölümü ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:39
Baş Prokurorluqdan 16 yaşlı qızın ölümü ilə bağlı - Rəsmi açıqlama
Sabah Bakının bu ərazisində işıq olmayacaq
Cəmiyyət 20:30
Sabah Bakının bu ərazisində işıq olmayacaq
Azərbaycan-İran birgə hərbi təlimləri davam edir
Cəmiyyət 20:05
Azərbaycan-İran birgə hərbi təlimləri davam edir
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 19:39
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
Cəmiyyət 18:15
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
MİQ üçün elektron sənəd qəbuluna start verilir
Cəmiyyət 18:08
MİQ üçün elektron sənəd qəbuluna start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol