İnstitut direktorunun elmi işi saxta çıxdı

18:46 | 17.12.2013
İnstitut direktorunun elmi işi saxta çıxdı

İnstitut direktorunun elmi işi saxta çıxdı

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramova qarşı Arif Mehdiyevin sədri olduğu Ali Attestasiya Komissiyası (AAK) sərt qərar çıxarıb.Bu barədə mia.az-a daxil olan məlumata görə, AAK-ın belə bir qərar verməsinin səbəbi institut direktorunun doktorluq elmi işinin plagiat çıxması olub: «Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramovun doktorluq işiaraşdırılıb və məlum olub ki, onun işi plagiatdır. Və bu səbəbdən də AAK-ın Rəyasət Heyəti nəinki bu elmi işin müdafiəsinin təşkil edilməsini dayandırmış, hətta bu işin təkrar müdafiə hüququ verilməsi belə qadağan edilib».Bu haqda Prezident yanında AAK-ın Rəyasət Heyəti 12 aprel 2013-cü il tarixində rəsmi qərar verib. Qərarda açıq şəkildə yazılıb ki, «Prezident yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin 12.04.20I3-ciiil tarixli (protokol nömrə 8-R) iclasında Bayramov Səhman Yusif oğlunun «Azərbaycanda ev quşlarının qarışıq invaziyalarının yayılması, inkişaf dinamikası, müalicəsi və profilaktikası» mövzusunda 2429.01 – «Parazitologiya» ixtisasında baytarlıq üzrə elmlər doktoru elmidərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsinin təşkil edilməsiməsələsinə baxılmış, dissertasiya işində plagiat faktı aşkar olunduğu üçün müdafiənintəşkilindən imtina edilmiş və təqdim edilmiş mövzu üzrə iddiaçıya təkrar hüququverilməməsi qərara alınmışdır».Göründüyü kimi, AAK institut direktoru haqda olduqca sərt qərar qəbul edib. Məsələnin ən maraqlı tərəfi budur ki, bu rəsmi qərar aprel ayından təsdiqlənsə də, nə institutun tabe olduğu Kənd Təsərrüfatı Nazirliyi yanında Elm Mərkəzi, nə də nazirliyin özü Səhman Bayramov haqda ciddi tədbirlərə əl atıb. Belə ki, öz işində açıq plagiatlığa yol verməklə saxtakarlıq etməsi təsdiqlənən Səhman Bayramov hələ də vəzifəsində saxlanılmaqla yanaşı, institutun elmi şurasına da sədrlik edir. Keçmiş nazir İsmət Abbasovun bu saxtakarlığa göz yummasını bəlkə də anlamaq olardı, amma yeni nazir Heydər Əsədovun belə bir direktorla hələ də işləməsi yeni müəmmalara yol aça bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM