İnstitut rəhbəri vəzifəsindən azad edildi

13:04 | 24.12.2013
İnstitut rəhbəri vəzifəsindən azad edildi

İnstitut rəhbəri vəzifəsindən azad edildi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “təmizləmə” işləri davam etdirilir.ANN.Az AzNews.az-a istinadən xəbərinə görə, aparılan son dəyişikliklər Nəsimi adına Dilçilik İnstitutundan da yan keçməyib. Bir müddət əvvəl xəbər verdiyimiz kimi elmi-tədqiqat müəssisəsinin dörd - Onamastika, Dialektologiya, Dil əlaqələri şöbələri ləğv edilib. Həmin şöbələrin maddi-texniki bazası Müasir Azərbaycan dili şöbəsinin tabeçiliyinə verilib. Fəaliyyəti dayandırılan şöbələrin müdirləri Sevil Mehdiyeva, Qara Məşədiyev, Roza Eyvazova və Qəzənfər Kazımov isə vəzifələrindən uzaqlaşdırılıblar. Dəyişiklik prosesi institutun rəhbərliyinə də çatıb. Bu günlərdə kollektivə elan edilib ki, artıq institutun direktoru vəzifəsini iki ildir icra edən Fəxrəddin Veysəlli bu postdan çıxarılıb. Bunun rəsmiləşdirilməsi məsələsi isə yaxın vaxtlarda reallaşacaq. Bununla yanaşı institutun direktor müavini Məsud Mahmudovun da qurumun rəhbərliyindən kənarlaşdırılacağı bildirilib. İnstitutu direktoru vəzifəsinə isə Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Tofiq Hacıyevin təyin olunub. Məlumatda o da qeyd edilir ki, T.Hacıyev bu təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonrada onu razılaşdıra biliblər. Məsələ ilə bağlı AzNews.az-a danışan F. Veysəlli nədənsə işdən çıxarılmasını təsdiqləməyib: “Vəzifəmi hələ ki, icra edirəm. Maşın sürürəm sonra danışarıq...”ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM