İnternat Məktəbinin direktoru bağlı iddia - Ali təhsilli deyil

19:53 | 07.02.2014
İnternat Məktəbinin direktoru bağlı iddia - Ali təhsilli deyil

İnternat Məktəbinin direktoru bağlı iddia - Ali təhsilli deyil

Bahar Kərimova Tibb Texnikumunu bitirib.3 nömrəli İnternat Məktəbinin direktoru bağlı maraqlı faktlar ortaya çıxıb. Direktorla bağlı Qaynar.info-ya daxil olan şikayət məktubunda bildirilir ki, Təhsil  Nazirliyinin nəzdində DE – İnstitutlaşma və Uşaqların Müdafiəsi Təşkilatının rəhbəri Məlahət Hacıyevaya birbaşa tabe olan Sağlamlıq İmkanları Məhdud 3 nömrəli İnternat Məktəbi barədə bir müddət əvvəl mətbuatda bir sıra tənqidi yazılar dərc olunub, ancaq problem həllini tapmayıb: "Təhsil  Nazirliyinin nəzdində DE – İnstitutlaşma və Uşaqların Müdafiəsi Təşkilatının rəhbəri Məlahət Hacıyevaya birbaşa tabe olan Sağlamlıq İmkanları Məhdud 3 nömrəli İnternat Məktəbi barədə bir müddət əvvəl mətbuatda bir sıra tənqidi yazılar ilk baxışdan Bahar Kərimovanın işini itirəcəyi təsirini bağışlasa da, sən demə əhəmiyyətsizmiş. Bahar Kərimova özünün dəfələrlə qeyd etdiyi kimi, puluna və adamına o dərəcədə arxayınmış ki, bu arxayınçılıq özünü doğrultdu. Ona “Gözün üstdə qaşın var” - deyən tapılmadı. Yoxsa, onu nəinki işdən çıxarar, hətta mənimsədiyi milyonlara görə haqqında cinayət işi qaldırardılar. Çünki rəhbəri olduğu internata həyat yoldaşını, qızını, qohum-əqrabasını işə gətirib mənimsəmə faktlarını həyata keçirmək asan məsələ deyildi. Digər tərəfdən, dərs saatlarının verilməsindən pul almaq, 673 uşağın yemək pulunu və hər uşağa verilən 20 manat yol pulunu mənimsəmək asan məsələ deyildi. Digər tərəfdən, bu günki günə qədər uşaqlara verilən yol pullarının kart sisteminə keçirilməməsi də bunun kimi məsələlərdəndir.Müəllimləri təkmilləşdirmə kursuna göndərməklə onlara məxsus dərslərin əvəzçilik qaydasında mənimsənilməsi və kursda olan müəllimlərin məvaciblərinin 50%-ni onlardan almaq ürəyi qorxaq olan qadının işi deyildi. Hər ay müəllim məvaciblərindən 30-40 manat ona verilməsini təmin etmək, yaşlı müəllimlərin işlərində qalıb işləmələri qarşılığında 500-600 manat pulu rüşvət şəklində almaq, orada onlarla “ölü can” saxlamaq, işə götürülən müəllim tərbiyəçilərdən 5 min manat pul almaq və s. digər “məsələləri” həyata keçirmək arxasız bir xanımın görə biləcəyi məsələlər deyil. Bu kimi qeyd etmədiyimiz onlarla faktları qəzetlər yazmışdı". Məlumat verən mənbə onu da bildirir ki, Bahar Kərimova dövrünə görə özünü həkim, sonda biologiya müəllimi kimi təqdim etsə də, onun ali təhsili yoxdur: "Hətta o bir bioloq kimi uşaqlara bu fənndən tədris etdiyi dərsi deyə bilmir, jurnalı düzgün doldurmurdu. Bu isə səbəbsiz deyildi. Bahar Kərimova ali təhsilli deyildi. O, institut qurtarmayıb, hamını aldadıb, Tibb kollecini bitirib. Bahar Kərimova 2 il bundan qabaq qanunsuz yolla Nəsrəddin Tusi adına Pedoqoji Universitetin biologiya fakültəsinə qəbul edilib. O, hazırda universitetin 2-ci kursunda oxuyur, “diplom” almağa hazırlaşır. Digər məsələ isə Bahar xanımın sessiya müddətində vəzifəsində qalması və məvacibini dərsini demədən almasıdır. Bu isə qanuna ziddir. Maraqlısı isə odur ki, məzuniyyət adı ilə sessiya imtahanlarına gedir. 2 il bundan qabaq ali təhsili olmayan, adi bir tibb bacısının Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli İnternat Məktəbinə direktor təyin edilməsi bir daha onun arxasında güclü bir şəxsin olmasına dair əsaslar verir". ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM