Ötən əsrin sonlarında Böyük Britaniyada yaradılan və bir neçə il sonra ABŞ-da Ev Bankçılığı kimi tətbiq olunan bank-internet xidməti, indi bütün dünyada bankların keyfiyyətli xidmət göstəricisinə çevrilib.
Unibank müştəriləri isə artıq öz mobil telefonlarından da internet-bank xidmətinə qoşula bilərlər. Bunun üçün müştəri ona sms-xəbər vasitəsilə göndərilən birdəfəlik paroldan istifadə edir. Bu, xidmətdən istifadə edən müştərilərin işini daha da asanlaşdırıb.
Bu gün yüzlərlə Unibank müştərisi bank filiallarına gəlmədən, günün istənilən saatında bank hesablarına nəzarət edə və əməliyyatlar aparır. İnternet-Bank sistemi sayəsində müştərilər Unibankın məhsullarından və xidmətlərindən İnternet vasitəsilə cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilirlər.
Niyə məhz Unibankın internetin xidmətini seçməlisiniz?
Bu xidmət seçimi pulsuzdur, vəsaiti başqa hesablara və banklara köçürmək mümkündür və müştəri hesabları haqda istədiyi məlumat ala bilir.
Pulsuzdur
-Digər banklardan fərqli olaraq, Unibankda İnternet- Banking sifarişi pulsuzdur. Hesab qalığına nəinki baxmaq, həmçinin əməliyyatlar etmək də mümkündür. Əlavə olaraq hesab üzrə çıxarışa da baxmaq olur.
Köçürmə mümkündür
-Unibankın internet-bank xidməti müştərinin bir filialdakı vəsaitini digər filialdakı hesaba köçürməyi, eləcə də bir filialdakı müxtəlif hesablar arasında konvertasiya əməliyyatını, milli valyutada vəsaitin ölkə daxilində banklararası köçürülməsini mümkün edir.
Məlumatlandırır
-Müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi və hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi mümkündür.
Hamı üçündür
-Unibankın internet-bank xidmətindən pərakəndə müştərilərlə yanaşı, korporativ müştərilər də istifadə edə bilərlər.
Təhlükəsizdir.
-Unibankın internet-bank xidmətinə həm sertifikatla, həm də birdəfəlik parollarla daxil olmaq mümkündür ki, bu da sistemi tam təhlükəsiz edir. Birdəfəlik parol isə yalnız hesab sahibinin mobil telefon nömrəsinə göndərilə bilər.
İnternet –bank sistemindən faydalanmaq üçün ən yaxın Unibank filialına yaxınlaşın və pulsuz olaraq bu imkanı əldə edin.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı
ANN.Az