Gələn il internet istifadəçiləri öz fərdi məlumatlarının qorunması üçün əhəmiyyətli addımlar atmağa başlayacaqlar. ANN.Az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bu halda internetdə iş zamanı anonimliyə xüsusi diqqətin yetirilməsi, habelə dinləmələrdən mühafizə olunan anonim bağlantılar qurmağa imkan verən “Tor” şəbəkəsinin populyarlığının artması gözlənilir.Şifrləmə texnologiyasının gələcəkdə inkişaf etməsi biznes istifadəçilərini öz məlumatlarını daha effektiv mühafizəsini təmin etməyə məcbur edəcək, çünki artıq bu növ informasiyalara müdaxilə və oğurluq halları 2013-cü ildə ictimaiyyətin diqqətinin cəlb edib. Buna görə bu tendensiyanın gələn ildə də davam edəcəyi güman edilir. Bu, hücuma məruz qalan təşkilatların nüfuzuna mənfi təsir göstərə, eləcə də müəyyən maliyyə itkilərinə səbəb ola bilər.“Symantec” mütəxəssislərinin fikrincə, gələn il cinayətkarlar bütün sosial şəbəkələri diqqət mərkəzində saxlayacaq. Bundan başqa, 2014-cü ildə qurğuların daha funksional olacağı gözlənilir. İnternetə qoşulan milyonlarla qurğu haker və kibercinayətkarlarda maraq doğurur. İnformasiya təhlükəsizliyi sahəsinin mütəxəssisləri bu yaxınlarda “ağıllı” (smart) televizorlara, tibbi avadanlıq və müşahidə kameralarına müdaxilə nümunələrini nümayiş etdiriblər. Bu sistem və qurğular hücumlar qarşısında aciz olmaqla yanaşı, boşluqlar aşkar edilən zaman bu barədə məlumat verən mexanizmlərlə də təchiz edilməyib. Bundan əlavə, belə qurğularda boşluqları aradan qaldırmaq üçün sadə mexanizmlər də yoxdur. Odur ki, növbəti ildə yeni növ təhdidlər meydana çıxa bilər.“Symantec” ekspertləri həmçinin smartfon və planşet kompüter sahiblərinə qarşı hücumların artacağını proqnozlaşdır. Söhbət təkcə yeni növ virus və troyanların yaranmasından deyil, həm də pul və məxfi məlumatların oğurlanmasına yönələn hiyləgər sxemlərin həyata keçirilməsindən gedir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !