“Artıq genişzolaqlı rabitə, yəni hər evə optika layihəsi reallaşmaq üzrədir. Bundan sonra internetin həm keyfiyyətində, həm qiymətində növbəti dəyişiklik olacaq”. Bu sözləri Axar.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov internet tariflərinin yaxın gələcəkdə ucuzlaşacağı ilə bağlı sualımızı cavablandırarkən açıqladı. RYTN sözçüsü qeyd etdi ki, bu layihəni nazirliklə Dövlət Neft Fondu birgə həyata keçirir. Qeyd edək ki, Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin ("Evə optika") həyata keçirilməsinə 2014-cü ildə başlanılıb. Layihə 2014-2016-cı illəri əhatə edəcək. Layihənin yekun məqsədi ucqar yaşayış məntəqələri daxil olmaqla ölkənin bütün ərazisini 10-100 Mbit/saniyə civarında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır. Bu da Azərbaycana 2017-ci ildə dünyanın bu sahədə inkişaf etmiş ölkələri sırasına çıxmağa imkan verəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !