• $
  • £

İnternet telekommunikasiya xidməti sahəsində təhlil aparılıb

İnternet telekommunikasiya xidməti sahəsində təhlil aparılıb
01.02.2024 18:15
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə 60 sual araşdırılıb.

Agentlikdən verilən xəbərə görə, təhlildə hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib. Cədvəlin hazırlanmasında məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. Təhlildən müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə oluna bilər.

İKTA rəsmi saytında yerləşdirilən təhlil ətrafında təklif və müzakirələrə tam açıq olduğunu bəyan edir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib
Cəmiyyət 18:06
Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Cəmiyyət 17:09
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Sabahdan 525 əvəzinə - 525A və 525B işləyəcək
Cəmiyyət 15:05
Sabahdan 525 əvəzinə - 525A və 525B işləyəcək
ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb
Cəmiyyət 13:53
ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb
Bu marşrutun fəaliyyəti bərpa olunur
Cəmiyyət 13:15
Bu marşrutun fəaliyyəti bərpa olunur
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:42
Sabahın hava proqnozu açıqlanıb
İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb*
Cəmiyyət 12:02
İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb*
Yeni tədris ili üçün peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsi elan edilib
Cəmiyyət 11:52
Yeni tədris ili üçün peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsi elan edilib
ABŞ xarici tələbələrin qalma müddətini məhdudlaşdırır
Cəmiyyət 11:40
ABŞ xarici tələbələrin qalma müddətini məhdudlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol