"ICTnews" elektron xəbər xidməti "hi-news.ru” saytına istinadən bildirir ki, Fransanın çamadan istehsalçısı internetə qoşulan çamadanın işçi prototipini elan edib. İndi "Delsey” şirkəti öz yeni məhsulunu sınaqdan keçirir və potensial alıcıların fikri ilə maraqlanır. "Pluggage” satışa çıxarılmazdan əvvəl şirkət onun yüksəktexnologiyalı çamadanı üçün özəlliklərin seçimində kömək etməyi xahiş edir.
Aşağıdakı seçimlər təklif edilir:
Çəkinin avtomatik ölçülməsi: tətbiq baqajın çəkisi haqda məlumat verəcək
Ani enerji doldurma: elektrik rozetkası olmayan yerlərdə smartfonun batareyasını enerji ilə doldurmaq imkanı
Göyərtədə aşkarlanma: tətbiq sizi çamadanın göyərtəyə yerləşdirilməsi haqda məlumatlandıracaq
Daxili işıqlandırıcı: çamadanı açdıqda onun daxili işıqlandırılır
Uçuş haqda informasiya: uçuş haqda informasiyanın verilməsi
Barmaq izlərinin skaneri: çamadanın açılması və ya tətbiqin işə salınması vaxtı fərdi məlumatlar və şəxsi əşyaların əlavə müdafiəsi
Bloklama: çamadanın kənar şəxslər tərəfindən açılması haqda bildiriş
Hava proqnozu: uçuş yeri haqda informasiyanın verilməsi
Daxili dinamik: sevimli musiqini dinləməyə imkan verir
Şirkətin saytında bəyəndiyiniz seçimə səs verə bilərsiniz.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !