İnternetin qiyməti ucuzlaşa bilər

16:46 | 06.12.2013
İnternetin qiyməti ucuzlaşa bilər

İnternetin qiyməti ucuzlaşa bilər

Əli Abbasov: "Tarif Şurasının qərarının təsirini yaxın vaxtlarda provayderlər hiss edəcək və nəticədə onlar internetin qiymətini aşağı salacaqlar"

“Bir neçə gün öncə Tarif Şurasının qərarı ilə informasiya texnologiyaları sahəsində qiymətlərin aşağı salınması gələcəkdə internetin qiymətinin aşağı düşməsinə şərait yaradacaq”. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, informasiya sahəsində tariflərə yenidən baxılıb və bu sahə üzrə əksər istiqamətlərdə qiymətlərin aşağı salınmasına qərar verilib. Nazirin sözlərinə görə, qiyməti aşağı salının bir çox rabitə sahələri var ki, onlar internetin qiymətinə təsir edir: “Bunu da yaxın vaxtlarda provayderlər hiss edəcək və nəticədə onlar internetin qiymətini aşağı salacaqlar”.

Qeyd edək ki, Tarif Şurasının dekabrın 2-də keçirilən iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılıb və qərar qəbul edilib. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti