Moskvanın “Domodedovo” hava limanında Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı saxlanılıb.Beynəlxalq axtarışda olan bu şəxs Rusiyanı tərk etməyə çalışıb.AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya DİN-in İrkutsk vilayəti üzrə idarəsinin saytında şübhəli şəxsin saxlanması barədə məlumat yer alıb. Onun saxlanması İnterpolun İrkutsk bölməsinin və DİN-in birgə əməkdaşlığı sayəsində mümkün olub. Aeroportda saxlanılan bu şəxsin Azərbaycanda fırıldaqçılıqda ittiham edilərək axtarışa verildiyi bildirilir.Hüquq-mühafizə orqanlarının versiyasına görə, 2010-cu ildə o, Müdafiə Nazirliyinin əməkdaşı olarkən bəzi mühasibatlıq sənədlərinin hazırlanmasında saxtakarlığa yol verib. Beləliklə də 125 min dollar mənimsənilib.O, mühakimədən yayınaraq 2011-ci ildə başqa adla Rusiya sərhədini keçib. İrkutsk vilayətinin Nijneudinski rayonunun Xudoelanski kəndinə gedib.Ancaq hüquq-mühafizə orqanları onun şəxsiyyətini müəyyənləşdirib. Lakin şəxs qəfildən izi itirərək yoxa çıxıb. Məlum olub ki, Rusiyanı tərk etməyə çalışır. Bundan sonra hazırlanan birgə əməliyyatla adı açıqlanmayan şəxs aeroportda saxlanılıb.ANN.Az