İnterpol Saakaşvilini axtarmaqdan imtina etdi

16:58 | 01.08.2015
İnterpol Saakaşvilini axtarmaqdan imtina etdi

İnterpol Saakaşvilini axtarmaqdan imtina etdi

Beynəlxalq Cinayət Polisi İdarəsi (ICPO- International Criminal Police Organization, Interpol) Gürcüstanın xahişi ilə sabiq gürcü prezidenti, Odessa vilayətinin cari qubernatoru Mixeil Saakaşvilini beynəlxalq axtarışa verməkdən imtina edib.

Oxu.Az bu barədə Gürcüstan baş Prokurorluğuna istinadən xəbər verir.

Gürcüstan baş Prokurorluğu: "Gürcüstan DİN-in İnterpolun milli mərkəzi bürosundan alınan məlumata müvafiq olaraq İnterpolun baş katibliyi Mixeil Saakaşvilinin beynəlxalq axtarışa verilməsinə dair müsbət qərar qəbul etməyib”.

Bununla yanaşı, gürcü prokurorları təslim olmaq niyyətində deyillər. Nazirlikdə analoji tələb ilə yenidən İnterpola müraciət edəcəklərini bəyan ediblər.

Mixeil Saakaşviliyə vətənində qiyabi olaraq bir neçə cinayət işi üzrə ittiham irəli sürülüb, onların arasında 2007-ci ildə dinc nümayişin iştirakçılarına qarşı qanunsuz cəzalandırma, biznesmen Badri Patarkatsişvilinin sərvətini mənimsəmə və dövlət vəsaitinin mənimsənilməsi də var. İndi Saakaşvili Gürcüstanda dövlət daxili axtarışdadır.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM